5 dekabr 2025. Cümə

Avstriya - Azərbaycan matçına bilet qalmadı


Avstriya - Azərbaycan matçına bilet qalmadı
AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Avstriya - Azərbaycan görüşünün biletləri tükənib. Corner.az xəbər verir ki, bunu Avstriya Futbol Assosiasiyasının baş direktoru Bernhard Neuhold deyib.
 
O bildirib ki, martın 24-də “Raiffeisen Arena”da baş tutacaq matçda tribunalar tam dolacaq. Çünki 17 min biletin hamısı artıq satılıb. Son biletlər bu gün satışa çıxarılıb və qısa müddətdə alınıb. Yalnız martın 27-də Estoniya ilə keçiriləcək görüş üçün satışda 1000 bilet qalıb.
 
Qeyd edək ki, martın 24-dəki Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb