AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycanla qarşılaşacaq İseç yığmasının heyəti açıqlanıb. Corner.az xəbər verir ki, baş məşqçi Yanne Andersson qrupun ilk görüşləri üçün 26 futbolçuya dəvət göndərib.
“Milan”ın çıxış edən ulduz Zlatan İbrahimoviç də birillik fasilədən sonra yığmaya çağırılıb.
Qapıçılar: Kristoffer Nordfeldt (AIK), Robin Olsen, (“Aston Villa”, İngiltərə), Viktor Yohansson (“Roterham Yunayted”)
Müdafiəçilər: Emil Holm (“Spetsiya”, İtaliya), Ludvig Auqustinsson (“Malyorka”, İspaniya), Hyalmar Ekdal (“Bernli”, İngiltərə), Viktor Nilsson Lindelöf (“Mançester Yunayted”, İngiltərə), İsak Heyn (“Verona”, İtaliya), Joel Andersson (“Midtyullan”, Danimarka), Qabriel Qudmundsson (“Lill”, Fransa) Edvin Kurtuluş (“Hammarbü”), Karl Starferlt (“Seltik”, Şotlandiya)
Yarımmüdafiəçilər: Yesper Karlsson (AZ, Niderland), Emil Forsberq (“Leyptsiq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Midtyullan”, Danimarka), Samuel Qustafson (“Haken”), Albin Ekdal (“Speziya”, İtaliya), Yesper Karlström (“Lex”, Polşa)
Hücumçular: Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak (“Nyukasl”, İngiltərə), Viktor Klaesson (“Kopenhagen”, Danimarka), Robin Quayson (“Əl-Ettifaq”, Səudiyyə Ərəbistanı), Anthoni Elanqa (“Mançester Yunayted”, İngiltərə), Viktor Dyekereş (“Koventri”, İngiltərə)
Qeyd edək ki, İsveç martın 24-də Belçikanı, 27-də isə Azərbaycanı qəbul edəcək. Hər iki görüş Solnada keçiriləcək.