İsveç yığmasının baş məşqçisi Yanne Andersson AÇ-2024-ün seçmə mərhələsindəki şanslarını dəyərləndirib. Corner.az xəbər verir ki, təcrübəli mütəxəssis qrupda Belçika və Avstriyanı özlərinə əsas rəqib adlandırıb.
Andersson bildirib ki, qrupun favoriti Belçikadı: “Yeni turnirə başlamaq yaxşı hissdi, futbolçular üçün fərqli çağırış olur. Belçika dünya çempionatından əvvəl dünya reytinqində ikinci yerdə idi. Onlar gözləniləndən bir qədər pis mundial keçirdilər. Ancaq yenə də uzun müddət idi komanda olaraq dominantlıq edirdilər. Qrupda favorit kimi hər hansı komanda seçmək lazımdırsa, bu, Belçikadır”.
Baş məşqçi Avropa çempionatında final mərhələsinə çıxmaq istədiklərini vurğulayıb: “Azərbaycan və Estoniya yığmaları bizdən geridə olmasalar, Avropa çempionatına gedə bilmərik. Bu uğuru səkkiz oyun seriyasında əldə etməliyik. Ya Avstriya, ya da Belçikanı geridə qoymalıyıq. Final mərhələsinə getmək istəyirik”.
Qeyd edək ki, İsveç qrupda ilk iki oyununu martın 24-də və 27-də müvafiq olaraq Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcək. Hər iki görüş Solnada təşkil ediləcək.