AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İsveç yığmasının baş məşqçisi Yanne Andersson yenidən milliyə çağrılan Zlatan İbrahimoviçlə bağlı planlarını açıqlayıb. Corner.Az xəbər verir ki, təcrübəli mütəxəssis ulduz futbolçunu ilk görüşlərdə əsas heyətdə meydana buraxmaq niyyətində deyil.
O, yerli mətbuata açıqlamasında 41 yaşlı forvarda Belçika və Azərbaycanla görüşlərdə əvəzedici qismində şans verəcəyini bildirib: “Mən onu əsas heyət oyunçusu kimi görmürəm. Daha çox “Milan”da olduğu kimi, əvəzetmədən oyuna qoşula biləcək”.
Zlatan İbrahimoviç sonuncu dəfə ötən il İsveç yığmasında çıxış edib. 121 oyunda 62 qol vuran ulduz futbolçu İsveç yığmasının ən məhsuldar oyunçusudu.
Qeyd edək ki, İsveç martın 24-də Belçika, ondan üç gün sonra isə Azərbaycan millisi ilə qarşılaşacaq. Hər iki matç Solnadakı “Frends Arena”da olacaq.