5 dekabr 2025. Cümə

AVRO-2024: Seltik'in üzvü millimizlə oyunu buraxa bilər


AVRO-2024: Seltik'in üzvü millimizlə oyunu buraxa bilər
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən İsveçdə heyətlə bağlı problem yaranıb. Corner.az xəbər verir ki, müdafiəçi Karl Starfelt sıradan çıxıb.
 
Arxa xətt oyunçusu klubu “Seltik”in heyətində Şotlandiya Kubokunun 1/4 final mərhələsində “Harts”la görüşdə zədələnib. Buna rəğmən İsveç yığmasının baş məşqçisi Yanne Andersson onu qarşıdakı oyunlar üçün heyətə çağırıb. Andersson 27 yaşlı müdafiəçinin durumunun ciddi olmayacağına və seçmə mərhələdə sərəncamında olacağına ümid etdiyini açıqlayıb.
 
Qeyd edək ki, İsveç qrupda ilk iki oyununu müvafiq olaraq martın 24-də və 27-də evdə Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcək.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb