5 dekabr 2025. Cümə

Vitselin milliyə çağrılmamasının səbəbi bilindi


Vitselin milliyə çağrılmamasının səbəbi bilindi

Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko İspaniyanın "Atletiko" (Madrid) klubunda çıxış edən Aksel Vitselin milliyə çağırılmamasının səbəbini açıqlayıb.

Corner.Az xəbər verir ki, gənc mütəxəssis təcrübəli oyunçunun mövqeyində çoxlu futbolçusunun olduğu üçün bu addımı atdığını söyləyib.

Tedesko oyunçunun yaşı ilə əlaqədar heyətdən kənarda qalmadığını da toxunub: "Yan Vertongen 35 yaşında oynayacaq. Bir neçə həftə əvvəl Madriddə Vitseli ziyarət etdim və dünən qərarımı ona bildirdim. Çox çətin idi. Ümid edirəm ki, yığmadakı karyerasını bitirməyəcək. Hazırkı seçimiz yalnız iki görüş üçün nəzərdə tutulub. Heç kimə qapı bağlı deyil. İyunda hər şey yenidən başlayacaq. Onun səviyyəsi danılmazdır. Vitselin növbəti dəfə millidə oynayacağına inanıram".

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika seçməsi martın 24-də İsveçin qonağı olacaq. Komanda 4 gün sonra səfərdə Almaniya kollektivi ilə yoldaşlıq görüşü keçirəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb