5 dekabr 2025. Cümə

Yığmamızla oyun ərəfəsində zədələndi


Yığmamızla oyun ərəfəsində zədələndi
Hazırda İtaliya "Bolonya"sında çıxış edən Avstriya yığmasının futbolçusu Marko Arnautoviç AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyun ərəfəsində yenidən sıradan çıxıb. Corner.az xəbər verir ki, 34 yaşlı hücumçu sözügedən komandanın İtaliya çempionatının oyunu zamanı zədələnib.
 
Zədəsini bir müddət əvvəl sağaldan təcrübəli futbolçu “Salernitana” ilə (2:2) qarşılaşmanın 65-ci dəqiqəsində meydana daxil olsa da, cəmi 16 dəqiqə meydanda qala bilib. Buna ulduz futbolçunun zədələnərək əvəzlənməsi səbəb olub.
 
Avstriya millisinə çağırılsa da, Arnautoviçin Azərbaycan və Estoniya ilə oyunlarda iştirakı sual altına düşüb. Zədəsinin ciddi olduğu aşkarlansa, baş məşqçi Ralf Ranqnik onu heyətdən kənarlaşdıracaq.
 
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya seçməsini Linz şəhərində qəbul edəcək.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb