8 aprel 2026. Çərşənbə

Tottenhem'in futbolçusu millimizlə oyunu buraxa bilər


Tottenhem'in futbolçusu millimizlə oyunu buraxa bilər

İsveç millisinin futbolçusu Deyan Kulusevski Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunlarını buraxa bilər.

Corner.Az xəbər verir ki, "Tottenhem" klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi səfərdə "Sauthempton"la 3:3 hesablı heç-heçə etdikləri İngiltərə Premyer Liqasının XXVIII tur matçında sıradan çıxıb.

Görüşün başa çatmasına 10 dəqiqə qalmış ombasından xəsarət alan Kulusevski oyunu davam etdirə bilməyib.

Gənc futbolçunun hansı müddətə sıradan çıxdığı bəlli deyil.

Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb