8 aprel 2026. Çərşənbə

Millimizin rəqibində Alaba sevinci


Millimizin rəqibində Alaba sevinci
AVRO-2024-ün seçmə mərhələsinin ilk oyununu millimizə qarşı keçirəcək Avstriya yığmasında sevindirici xəbər yaşanıb. Corner.az saytının yerli mətbuata istinadən məlumatına görə, kapitan David Alabanın durumu baş məşqçi Ralf Ranqniki də bir qədər rahatladıb.
 
Zədə və xəstəlik ucbatından Aleksander Şlaqer, Marko Arnautoviç, Matias Honsak və Filipp Lienhart heyətdən uzaqlaşdırılsalar da, Alaba kollektivlə birlikdə məşqlərə qoşulub. Zədəli olduğu üçün son bir ayda “Real”ın 6 oyununu buraxan kapitan Azərbaycan millisi ilə matça hazırdı. Ancaq onun fiziki durmunun və oyun praktikasının qaydasında olmaması yerli komandaya problem yarada bilər.
 
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb