Avstriya yığmasının debütantı Conas Oyer AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə oyunlar üçün heyətə cəlb olunmasına münasibət bildirib. Corner.az xəbər verir ki, 22 yaşlı müdafiəçi buna görə çox sevincli olduğunu bildirib.
Oyer tezliklə millidə debüt etmək arzusunda olduğunu vurğulayıb:
“Gənc yaşdan müxtəlif yığmalarda oynadığım zaman həmişə xoşbəxt olmuşam. Amma A komandasında yer almaq fərqli hissdi. Avstriyanın əsas millisində oynaya biləcəyim üçün fəxr edirəm. Azərbaycan və Estoniya ilə keçiriləcək oyunları səbirsizliklə gözləyirəm”.
Gənc futbolçu yığmanın heyəti açıqlananda adını siyahıda gördüyü zaman inanmadığını bildirib: “İstirahət edirdim, eşitdim ki, baş məşqçi heyəti elan edir. İnstaqrama girdim, adımı siyahıda gördüm. Əvvəlcə gözlərimə inanmadım və son dərəcə xoşbəxt oldum”.
Qeyd edək ki, Avstriya martın 24-də Azərbaycan, 27-də isə Estoniya yığmasını qəbul edəcək.