9 may 2026. Şənbə

Barselona'da iki ciddi itki - millidən kənarlaşdırıldı


Barselona'da iki ciddi itki - millidən kənarlaşdırıldı
"Barselona”nın müdafiəçisi Ronald Arauxo və yarımmüdafiçisi Frenki de Yonq bir müddət yaşıl meydanlardan kənarda qalacaqlar. Corner.az xəbər verri ki, Arauxo “Real”la oyunda (2:1) zədə alıb.
 
Kataloniya klubunun rəsmi saytının yaydığı məlumata görə, uruqvaylı futbolçu artıq tibbi müayinədən keçib. 24 yaşlı oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib. Arauxo İspaniya kubokunun yarımfinal mərhələsinin “Real”la cavab matçına hazır olacaq. Amma o, Uruqvay millisinin heyətində Yaponiya və Cənubi Koreya ilə yoldaşlıq oyunlarında iştirak edə bilməyəcək.
 
24 yaşlı müdafiəçi bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 22 oyun keçirib.
 
Frenki de Yonq isə zədə səbəbindən dəvət aldığı Niderland millisinin düşərgəsinə gedə bilməyəcək. Təcrübəli oyunçu ölkəsinin AÇ-2024-ün qarşıdakı seçmə oyunları üçün heyətdən çıxarılıb.
 
25 yaşlı futbolçu da “Real”la matçda sıradan çıxıb. Tibbi müayinədən sonra məlum olub ki, futbolçu 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
 
Niderland yığması martın 24-də Fransa, 27-də isə Cəbəllütariqlə üz-üzə gələcək.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb