8 aprel 2026. Çərşənbə

Latviya - İsrail oyunu da Məsiyevə tapşırıldı


Latviya - İsrail oyunu da Məsiyevə tapşırıldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi növbəti oyun bəlli olub.

Corner.az-ın məlumatına görə, 32 yaşlı ədalət təmsilçisi 6-cı qrupun III turundakı Latviya - İsrail matçında əsas hakim olacaq.

Ona Pərvin Talıbov və polşalı Mixal Sobçak laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər polşalı Patrik Qrıtskeviç yerinə yetirəcək.

Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçirilir. Məsiyev bu gün İsrail - Polşa oyununda da iş başında olacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb