5 dekabr 2025. Cümə

Millimizin rəqibində yeni kapitan


Millimizin rəqibində yeni kapitan
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Belçika yığmasının yeni kapitanı müəyyənləşib. CORNER.az saytının yerli mətbuata istinadən məlumatına görə, milli karyerasını bitirən Eden Azardan sonra sarğı Kevin De Bruyneyə tapşırılıb.
 
Yeni baş məşqçi Domeniko Tedesko komandaya lider kimi məhz “Mançester Siti”nin yarımmüdafiəçisini seçib. De Bruyne Belçika yığmasında keçirdiyi 97 oyunda 25 qol vurub.
 
Qapıçı Tibo Kurtua və hücumçu Romelu Lukaku isə vitse-kapitanlar olacaq. 
 
Qeyd edək ki, Azərbaycanla Belçika arasında oyunlar sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə keçiriləcək.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb