5 dekabr 2025. Cümə

37 yaşlı futbolçu Azərbaycanla oyuna çağırıldı


37 yaşlı futbolçu Azərbaycanla oyuna çağırıldı
AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Avstriya yığmasına yeni futbolçu çağırılıb. Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, “Zalsburq”un müdafiəçisi Andreas Ulmer heyətə cəlb olunub.
 
Baş məşqçi Ralf Ranqnik məcburiyyətdən 37 yaşlı oyunçuya dəvət göndərib. Çünki komandanın bir neçə futbolçusu zədədən əziyyət çəkdiyi üçün kənarlaşdırılıb. Sol cinah oyunçusu bu gündən yığma ilə məşqlərə qoşulacaq.
 
Ulmer karyerası ərzində Avstriya millisində 31 oyunda iştirak etsə də, Ranqnikin rəhbərliyi altında ilk dəfə heyətdə yer alır.
 
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb