- Avropa çempionatı
- 15:35 16.11.2025
Avstriya yığmasının futbolçusu David Alaba AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyunu buraxacaq.
Corner.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Məlumatda, bir aydır zədə ucbatından yaşıl meydanlardan uzaq qalan kapitan yığmanın heyətində məşqlərini bərpa etsə də, seçmə mərhələdəki ilk görüşdə komandasına kömək etməyəcəyi vurğulanıb. Baş məşqçi Ralf Ranqnik onu riskə atmamaq üçün Estoniya ilə görüşdə meydanda buraxa bilər.
Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Avstriyalılar bundan üç gün sonra eyni stadionda Estoniya yığmasını qəbul edəcəklər.