AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycana qarşı keçirəcək Avstriya yığmasında heyətlə bağlı problemlər itkilər davam edir. Corner.az saytı xəbər verir ki, Ralf Ranqnikin milliyə çağırdığı daha iki futbolçunun sözügedən matçı buraxa bilər.
Aleksander Şlager, Filip Linxart, Matias Honsak və Marko Arnautoviçi zədə ucbatından sonradan heyətdən çıxarmalı olan almaniyalı mütəxəssis indi də müdafiəçi Stefan Poş və yarımmüdafiəçi Aleksander Prassdan məhrum qala bilər. Çünki hər iki oyunçu komandanın son məşqində iştirak edə bilməyib. Onların sabahkı görüşə hazır olması gözlənilmir.
Qeyd edək ki, “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.