5 dekabr 2025. Cümə

Beş futbolçu millinin düşərgəsini tərk etdi


Beş futbolçu millinin düşərgəsini tərk etdi
Futbol üzrə Niderland millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Fransa və Cəbəllütariq yığmalarına qarşı keçirəcəyi oyunlar öncəsi ciddi itkilərlə üzləşib.
 
Corner.az xəbər verir ki, komandanın beş futbolçusu virus infeksiyasına yoluxduğu üçün düşərgəni tərk etmək məcburiyyətində qalıb.
 
Millinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sven Botman (“Nyukasl”), Kodi Qakpo ("Liverpul"), Mateys de Liqt ("Bavariya"), Coui Verman (PSV) və Bart Verbrugen ("Anderlext") yığmadan ayrılıb. Onların əvəzində Rayan Qravenberx ("Bavariya"), Kyell Sxerpen ("Vitess") və Stefan de Vrey ("İnter") yığmaya çağırılıblar.
 
Niderland yığması martın 24-də Fransa millisinin qonağı olacaq, ayın 27-də isə Cəbəllütariqi qəbul edəcək.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb