5 dekabr 2025. Cümə

Azərbaycan millisinə mütləq qalib gəlməliyik


Azərbaycan millisinə mütləq qalib gəlməliyik
Avstriya yığmasının yarımmüdafiəçisi Marsel Zabitser AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
 
Corner.az xəbər verir ki, komandanı yığmamızla oyuna kapitan kimi çıxaracaq “Mançester Yunayted”in futbolçusu bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
“Məqsədimiz aydındır - başlanğıcda qələbə qazanmalıyıq. Rəqiblərimizi yaxşı analiz etmişik. Onların həm güclü, həm də zəif tərəflərini bilirik. Biz mütləq AÇ-2024-də olmaq istəyirik. Bunun üçün hər şeyi edəcəyik. Azərbaycan yığması kimi guya kiçik rəqibə qarşı indi konsentrasiyalı performans tələb olunur. Kiçik komandalar da gücləniblər. İnanıram ki, detallar fərq yaradacaq. Bu oyunda mütləq qələbə qazanmaq istəyirik”.
 
Xatırladaq ki, sabah Linzdəki “Rayffayzen Arena”da keçiriləcək Avstriya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb