5 dekabr 2025. Cümə

Ronaldodan daha bir dünya rekordu


Ronaldodan daha bir dünya rekordu
AÇ-2024-ün seçmə mərhələsinin Lixtenşteynlə ev oyun Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Corner.az xəbər verir ki, 38 yaşlı futbolçu doğma meydanda 4:0 hesablı qələbə qazandıqları oyunda yeni rekorda imza atıb.
 
Belə ki, ulduz forvard milli komandaların heyətində ən çox oyun keçirən futbolçu ünvanına sahib olub. Lixtenşteynlə görüş onun beynəlxalq karyerasındakı 197-ci matç olub. Bu göstəriciyə görə o, dünya rekordçusuna çevrilib.
 
Ronaldo millidə keçirdiyi oyun sayına görə Küveyt yığmasının üzvü Bader Əl-Mutavanı geridə qoyub – 196 matç.
 
Xatırladaq ki, Ronaldo milli komandadakı qol sayına (120) görə də dünya rekordçusudur.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb