5 dekabr 2025. Cümə

İngiltərə millisində yeni rekordçu!


İngiltərə millisində yeni rekordçu!
İngiltərə millisinin hücumçusu Harri Keyn millinin yeni rekordçusuna çevrilib. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu AÇ-2024-ün seçmə mərhələsinin ilk turunda İtaliya yığmasına vurduğu qolla buna nail olub.
 
Bununla da “Tottenhem”də çıxış edən forvard millidə vurduğu qolların sayını 54-ə çatdırıb və ən yaxşı bombardirə çevrilib. Bundan əvvəlki rekord Ueyn Runiyə məxsus idi - 53 qol.
 
Keyn 2015-ci ildən formasını geyindiyi İngiltərə yığmasında 81 matç keçirib.
 
İtaliya ilə oyun İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt üçün də əlamətdar olub. O, milliyə ən azı 50 qələbə qazandırmağı bacaran üçüncü baş məşqçiyə çevrilib. Daha öncə bunu Uolter Uinterbottom və Alf Ramsey bacarmışdı.
 
İtaliya yığmasında da 29 il sonra bir ilk qeydə alınıb. Belə ki, bu komanda uzun fasilədən sonra ilk dəfə heyətində “Yuventus”un futbolçularından heç kimin olmadığı bir oyuna çıxıb. Sözügedən komanda sonuncu dəfə “Yuventus”un futbolçularının yer almadığı oyunu AÇ-1994-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirib və səfərdə 2:0 hesablı qələbə qazanıb.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb