8 aprel 2026. Çərşənbə

Canni De Byazi: Son dəqiqələrə qədər əziyyət çəkdik


Canni De Byazi: Son dəqiqələrə qədər əziyyət çəkdik

"Buraxdığımız ilk qoladək bərabər səviyyəli oyun gedirdi. İkinci qoldan sonra isə inamı itirdik”. Corner.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi  deyib.

Yığmamız AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzub. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edən Byazi bildirib ki, milli öz oyununu göstərməyə çalışıb: “İlk qoldan sonra sakitliyimizi qoruya bilmədik və son dəqiqələrə qədər əziyyət çəkdik”.

İtaliyalı baş məşqçi komandada debüt edən Yusif İmanov və Azər Əliyev haqqında danışıb: “Gələcəkdə bizim üçün lazımlı oyunçu ola bilərlər. Matçdan əvvəl Bəxtiyar və Antonla bağlı şübhəmiz var idi. Uzaq məsafədən gəldiyi üçün Antonun hazır olmadığını düşündük və Bəxtiyara şans verdik”.

De Byazi rəqibin təcrübəli futbolçulardan ibarət güclü kollektiv olduğunu söyləyib: "Gələcəyə inamla baxmalıyıq. Növbəti matçlarda əlimizdən gələni edəcəyik".

 






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb