8 aprel 2026. Çərşənbə

Azərbaycanla oyun bizə müsbət impuls verdi


Azərbaycanla oyun bizə müsbət impuls verdi

Avstriya yığmasının futbolçuları Kristof Baumqartner və David Alaba AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh ediblər. Corner.az xəbər verir ki, onlar 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyiblər:

Kristof Baumqartner: “Həqiqətən çox gözəl qələbə oldu. Layiqli oyunla inamlı qalibiyyət əldə etdik. Amma hesab daha böyük ola bilərdi. Rəqib qol vurduğu üçün özümüzü qınamalıyıq. Estoniya ilə matçı da səbirsizliklə gözləyirik. Mart ayı üçün işin yarısı tamamlanıb. Amma bilirik ki, bazar ertəsi də ən azı eyni performansa ehtiyacımız var”.

David Alaba: “Bu matç bizə müsbət impuls verdi. Komanda yoldaşlarımı kənardan izləmək çox əyləncəli idi. Özümüzü meydanda məhz bu cür təsəvvür edirdik. Çalışdım ki, komandanı dəstəkləyim, onları ruhlandırım. Hesab 3:1 olduqdan sonra bunun bizi dəli etməsinə imkan vermədik, konsentrasiyanı itirmədik”.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb