9 may 2026. Şənbə

Azərbaycana qalib gəlmək şansımız yüksəkdir


Azərbaycana qalib gəlmək şansımız yüksəkdir
İsveç millisinin yarımmüdafiəçisi Emil Forsberq AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində evdə Belçikaya 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.
 
Corner az xəbər verir ki, "Leypsiq"də çıxış edən 31 yaşlı futbolçu oyundan sonra yerli mətbuata açıqlamasında Azərbaycana qarşı keçirəcəkləri növbəti matçdan da söz açıb:
 
“İki gün sonra növbəti oyunumuzu keçirəcəyik. Bu matçda qalib gəlməliyik. Azərbaycanla görüşdə nəyi təkmilləşdirməli olduğumuzu daha yaxşı görəcəyik. Müəyyən vəziyyətlərdə bir az daha aqressiv və cəsarətli olmalıyıq. Bunu etsək, düşünürəm ki, Azərbaycana qalib gəlmək şansımız yüksəkdir”.
 
İsveç - Azərbaycan oyunu martın 27-də Solnadakı "Frends Arena"da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb