9 may 2026. Şənbə

Azərbaycan yığmasının da güclü tərəfləri var


Azərbaycan yığmasının da güclü tərəfləri var
"Azərbaycan millisi üzərində layiqli qələbə qazandıq”. Corner.az xəbər verir ki, bunu Avstriya yığmasının futbolçusu Mixael Qreqoriç Azərbaycana 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.
 
Qarşılaşmada 2-ci qola imza atan 28 yaşlı hücumçu üstün oyun nümayiş etdirdiklərini bildirib: “Bir neçə epizodda qol vura bilərdim, amma öz işimi çətinləşdirdim. Fürsət düşdüsə, reallaşdırmaq lazımdır. Amma şadam ki, istəyimə çata bildim. Aşkar üstünlüyümüz şəraitində keçən görüşdə layiqli nəticə əldə etdik”.
 
Millinin kapitanı Marsel Zabitser isə nəticədən razı qaldığını bildirib: “Seçmə mərhələyə 4:1 hesablı qələbə ilə başlayırsınızsa, nəticədən razı qala bilərsiniz. Rahat qələbə qazandığımız üçün çox şadam. Amma rəqibin də güclü tərəfləri var. Fikrimcə, üzərimə düşən vəzifəni yerinə yetirə bildim”.
 
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də səfərdə İsveçə, Avstriya isə evdə Estoniyaya qarşı keçirəcək.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb