9 may 2026. Şənbə

Kuman futbolçularından şikayətləndi


Kuman futbolçularından şikayətləndi
Niderland millisinin baş məşqçisi Ronald Kuman AÇ-2024-ün seçmə mərhələsində Fransa yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında futbolçularının yaxşı oynamadıqlarını etiraf edib:
 
“Topu qapının 20 metrliyində itirdik və güclü rəqib tərəfindən cəzalandırıldıq. Futbolçularım çox sadəlövh çıxış etdilər.
 
Təəssüf ki, bir çox futbolçum virusa yoluxduğu üçün bu oyunda iştirak edə bilmədi. Lakin bəhanə bu deyil. Şübhəsiz ki, yaxşı oynamadıq”.
 
Fransa milli komandasının baş məşqçisi Didye Deşam isə darmadağını belə şərh edib:
 
“Niderland yığmasının bəzi problemləri olsa da, dünya çempionatından sonra gözəl geri dönüş etməyi bacardığımızı düşünürəm. Bu, bizim üçün çox yaxşı oyun oldu. Evdə qələbə qazanmaq vacib idi. Qarşıda bizi gözləyən daha bir çətin oyun var”.
 
Niderland millisi hazırda AÇ-2024-ün B qrupunda 0 xalla sonuncu, Fransa isə 3 xalla birincidir.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb