8 aprel 2026. Çərşənbə

Türkiyədən İrəvanda əzmkar qələbə, İspaniyadan darmadağın


Türkiyədən İrəvanda əzmkar qələbə, İspaniyadan darmadağın

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində ilk tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə 3 qrup üzrə daha 7 qarşılaşma baş tutub.

A qrupunda Şotlandiya yığması Kipri, İspaniya millisi Norveçi qəbul edib. Hər iki oyunda meydan sahibləri böyük hesablı qələbəyə sevinib.

D qrupunda Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşıb. “Ay-ulduzlular” İrəvandakı matçda erkən qol buraxsalar da, qalan dəqiqələrdə rəqib qapısından iki top keçirərək əzmkar qələbə qazanıb. Qrupun digər oyunu isə Xorvatiya və Uels yığmaları arasında baş tutub. Bu oyunda xorvatlar qələbəni son anda əldən veriblər.

Qalan üç qarşılaşma İ qrupu çərçivəsində keçirilib. Belarus İsveçrəni, İsrail Kosovonu, Andorra da Rumıniyanı qəbul edib. İsrail doğma meydanda heç-heçə ilə kifayətlənib. Digər iki oyunda isə qonaqlar inamlı qələb qazanıb.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 1-ci tur
25 mart

A qrupu

Şotlandiya – Kipr 3:0
Qol: Makqinn, 21. Maktominay, 87; 90+3.

İspaniya – Norveç 3:0
Qol: Olmo, 13. Xoselu, 84; 85.

D qrupu

Ermənistan – Türkiyə 1:2
Qol: O.Kabak, 11-öz qapısına – O.Kökcü, 35. K.Aktürkoğlu, 64.

Xorvatiya – Uels 1:1
Qol: Kramariç, 28 - Brodhed, 90+3.

İ qrupu

Belarus – İsveçrə 0:5
Qol: Şteffen, 4; 17; 29. Caka, 62. Amduni, 65.

İsrail – Kosovo 1:1
Qol: Perets, 56 – Dasa, 36-öz qapısına.

Andorra – Rumıniya 0:2
Qol: Man, 35. Alibek, 50.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb