"Real”ın və Belçika yığmasının qapıçısı Tibo Kurtua milli komandadan erkən ayrılıb. Corner.az xəbər verir ki, buna 30 yaşlı qolkiperin əzələsində problem olması səbəb olub.
Kurtuanın Madrid klubuna qayıtması gözlənilir.
Kurtua daha əvvəl AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika millisinin heyətində İsveçlə qarşılaşmada (3:0) çıxış edib.