5 dekabr 2025. Cümə

Azərbaycanla oyuna yaxşı nəticə üçün çıxacağıq


Azərbaycanla oyuna yaxşı nəticə üçün çıxacağıq
İsveç yığmasının müdafiəçisi Viktor Lindelöf AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
 
Corner..az xəbər verir ki, "Mançester Yunayted"də çıxış edən oyunçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Sabahkı matça yaxşı nəticə üçün çıxacağıq. Bu səviyyədə oynayanların çoxu təzyiqə və qalib gəlməyə öyrəşib. İlk matçımızda Belçikaya 0:3 hesablı məğlubiyyətə görə məyusuq. Amma buna görə ruhdan düşmürük, inamımızı itirmirik. Bunun öhdəsindən gələcəyik. Hər oyunda qələbə qazanmaq istəyirik. Təəssüf ki, istədiyimiz başlanğıcı edə bilmədik”.
 
İsveç - Azərbaycan oyununu sabah Solna şəhərindəki “Friends Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. İsveç yığması seçmə mərhələnin ilk matçında evdə Belçikaya 0:3, Azərbaycan millisi isə səfərdə Avstriyaya 1:4 hesabıyla məğlub olub.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb