- Avropa çempionatı
- 15:35 16.11.2025
2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci tura start verilib.
Corner.az xəbər verir ki, ilk oyun günündə 3 qrup üzrə 8 qarşılaşma keçirilib.
C qrupunda İngiltərə yığması Ukraynanı qəbul edib. Britaniyalılar bu görüşdən də qələbə ilə ayrılıblar. İlk turda məhz ingilislərə uduzan İtaliya millisi isə səfərdə Maltanın qonağı olub. Bu oyunda isə qonaqlar inamlı qələbə qazanıb.
H qrupunda Qazaxıstan Danimarkaya, Sloveniya San Marinoya qalib gəlib. Şimali İrlandiya yığması isə Finlandiya ilə ev oyununda məğlubiyyətlə üzülüb.
J qrupunda Lixtenşteyn doğma meydanda İslandiyaya, Lüksemburq isə Portuqaliyaya məğlub olub. Slovakiya da Bosniya və Herseqovina ilə ev oyununda qələbə qazanıb.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
26 mart
C qrupu
İngiltərə – Ukrayna 2:0
Qol: Keyn, 37. Saka, 40.
Malta – İtaliya 0:2
Qol: Reteqi, 15. Pessina, 27.
H qrupu
Qazaxıstan – Danimarka 3:2
Qol: Zaynutdinov, 73-pen. Tagibergen, 86. Aymbetov, 89 – Hoylund, 21; 35.
Sloveniya – San Marino 2:0
Qol: Şeşko, 56. Di Mayo, 60-öz qapısına.
Şimali İrlandiya – Finlandiya 0:1
Qol: Kallman, 28.
J qrupu
Lixtenşteyn – İslandiya 0:7
Qol: Olafsson, 3. Haraldsson, 38. Gunnarson, 48; 68; 73-pen. Qudyonsen, 85. Ellertsson, 87.
Lüksemburq – Portuqaliya 0:6
Qol: Ronaldo, 9; 31. J.Feliks, 15. B.Silva, 31. Otavio, 77. Leao, 88.
Slovakiya – Bosniya və Herseqovina 2:0
Qol: Mak, 13. Haraslin, 40.