- Avropa çempionatı
- 15:35 16.11.2025
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo AVRO-2024-ün seçmə mərhələsində Lüksemburqla oyunda dubl edib. Corner.az xəbər verir ki, komandasının 6:0 hesablı qələbəsinə dublla töhfə verən superulduz yığmada ümumi qol sayını 122-yə çatdırıb.
9 və 31-ci dəqiqələrdə fərqlənən 38 yaşlı forvard özünə məxsus rekordu yeniləyib. Portuqaliyalı hazırda dünyanın milli komandanın heyətində ən çox qol vuran futbolçusudur. Təcrübəli futbolçu bu qolları 198 matçda rəqib qapılarından keçirib.
Ronaldonun ən yaxın izləyicisi İran yığmasının keçmiş futbolçusu, Azərbaycan əsilli Əli Daeidir. O, vaxtilə 148 matçda 109 qola imza atıb.
Maraqlıdı ki, Portuqaliya yığmasının Ronaldodan sonrakı 3 bombardiri qollarının cəmində ona çata bilmir. Belə ki, Pedro Pauleta 47, Eysebio 41, Luiş Fiqo isə 32 dəfə fərqlənib. Bu “üçlüy”ün ümumi qol sayı 120-di.