23 oktyabr 2024. Çərşənbə

Rəsmi və yoldaşlıq görüşlərindəki rekordlar


Rəsmi və yoldaşlıq görüşlərindəki rekordlar
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) martın 26-da keçirilən AVRO-2024-ün seçmə mərhələ oyunları və yoldaşlıq görüşlərində qeydə alınan statistik göstəriciləri araşdırıb. Corner.az xəbər verir ki, baş tutan qarşılaşmalarda bir neçə rekord qeydə alınıb.
 
- İslandiyanın Lixtenşteyn üzərində 7:0 hesablı qələbəsi milli tarixində ikinci ən böyük hesabdı. İslandlar 1985-ci ildə Farer adaları ilə yoldaşlıq görüşündə 9:0 hesablı qələbə qazanaraq, əlçatmaz rekorda imza atıb.
 
- Danimarka ilk dəfə 2 top fərqi ilə öndə olduğu matçda (Qazaxıstan – 2:3) məğlub olub.
 
- Rasmus Hoylund Danimarkanın son 5 qoluna imza atıb. O, 1963-cü ildə ardıcıl 6 qol vuran həmyerlisi Ole Madsendən sonra nail olan ilk oyunçudu.
 
- Ukrayna (2:0) ilə qarşılaşmada fərqlənən İngiltərə millisinin hücumçusu Harri Keyn beynəlxalq arenada 100-cü qolunu vurub. O, buna nail olan ilk ingilisdi. Keyn yığmada 55, “Tottenhem”in heyətində isə avrokuboklarda 45 qola imza atıb.
 
- Bukayo Saka 21 yaş 202 günlüyündə İngiltərə millisinin heyətində 8-ci qolunu vurub. Bu yaşda cəmi 4 futbolçu daha çox qol vurub: Diksi Din (16), Cimmi Qrivz (16), Ueyn Runi (12) və Maykl Ouen (10).
 
- Mateo Reteqi İtaliya yığmasının heyətində yenə fərqlənib. O, “Skuadra Adzurra”nın heyətində AVRO-2024-ün seçmə mərhələsinin ilk iki oyununda da qol vura bilib. İtaliya yığmasındakı ilk iki görüşündə qol vuran son futbolçular Rikkardo Orsolini (noyabr 2020), Enriko Kyeza (iyun 1996) və Corcio Çinalya (sentyabr 1972) olub.
 
- Sergey Pinyayev İraqla yoldaşlıq görüşündə (2:0) Rusiya yığması tarixinə ən gənc (18 yaş 144 gün) qolçu kimi düşüb. O, 18 yaş 206 gündə (19 may 2002-ci il: Yuqoslaviyaya - 1:1) qol vuran Dmitri Sıçevin rekordunu qırıb.
 
- Mərakeşlə yoldaşlıq oyununda (1:2) debüt edən Vitor Roke XXI əsrdə Braziliya millisinin ən gənc (18 yaş 25 gün) futbolçusu olub. Ondan sonra Dieqo (2003-cü ildə 18 yaş 61 gündə debüt edib) və Marselo (2006-cı ildə 18 yaş 116 gündə debüt edib). Tarixi reytinqdə Vitor Roke müvafiq olaraq Pele (1957-ci ildə 16 il 257 gün), Edu (1966-cı ildə 16 il 304 gün), Koutinyo (2010-ci ildə 17 il 28 gün), Karvalyo Leyte (1930-cu ildə) və Ronaldodan (1994-cü ildə 17 yaş 186 gün) sonra 6-cı yeri tutur .






Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır
Almaniya millisinin qapısını kim qoruyacaq?
  • Avropa çempionatı
  • 17:18 28.09.2024
Almaniya millisinin qapısını kim qoruyacaq?