5 dekabr 2025. Cümə

Millimiz İsveçə də böyük hesabla uduzdu


Millimiz İsveçə də böyük hesabla uduzdu

Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Corner.az xəbər verir ki, yığmamızın yeni tsiklin ikinci matçı da səfərdə baş tutub.

İlk turda Avstriyaya 1:4 hesabıyla uduzmuş Canni De Byazinin yetirmələri bu dəfə  “Friends Arena”da İsveç yığması ilə üz-üzə gəliblər. İsveçdə ilk turda Belçikaya 3 cavabsız qolla məğlub olmuşdu. 

Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edib. Komandamız seçmə mərhələdə xal hesabını açmaq üçün Solnadakı matça ən azı uduzmamaq üçün çıxmışdı. Amma bu sürpriz baş tutmayıb və isveçlər bu oyunda 5 cavabsız qol vuraraq qalib gəlib.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
27 mart

İsveç – Azərbaycan 5:0
Qol: E.Forsberq, 38. B.Mustafazadə, 65-öz qapısına. V.Qyökeres, 79. Y.Karlsson, 88. A.Elanqa, 89.
Hakimlər: Stefani Frappar, Mikael Beşebru, Metyü Qrosbost, Bastyen Deşepi (hamısı Fransa).
Solna. “Friends Arena”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb