23 oktyabr 2024. Çərşənbə

Avstriyadan əzmkar, Fransadan çətin qələbə


Avstriyadan əzmkar, Fransadan çətin qələbə

Avropa çempionatının seçmə mərhələsində ikinci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, ikinci oyun günündə 4 qrup üzrə 8 qarşılaşma keçirilib.

B qrupunda Fransa yığması səfərdə İrlandiyanın qonağı olub və 3 xalı tək qolla qazanıb. İlk turda məhz fransızlara məğlub olan Niderland yığması isə Cəbəllütariqlə ev oyununda darmadağınla qalib gəlib.

E qrupunda Moldova Çexiyanı, Polşa isə Albaniyanı qəbul edib. Çexlərin səfərdə xal itiribsə, Polşa yığması tək qolla ilk qələbəsini qazanıb.

F qrupunda yer alan Azərbaycan millisi İsveçin qonağı olub və böyük hesabla məğlub olub. İlk turda millimizə qalib gəlmiş Avstriya yığması isə bu dəfə Estoniya ilə münasibətlərinə aydınlıq gətirib. Qonaqların hesabı açdığı oyunda avstriyalılar əzmkar qələbə qazanıb.

G qrupunda da Macarıstan yığması doğma meydanda Bolqarıstanla, Monteneqro isə Serbiya ilə üz-üzə gəlib. Macarlar evdə 3, serblər isə səfərdə 2 cavabsız qolla qalib gəliblər.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
27 mart

B qrupu

İrlandiya – Fransa 0:1
Qol: Pavar, 50.

Niderland – Cəbəllütariq 3:0
Qol: Depay, 23. Ake, 50; 82.

Xal: Fransa – 6. Yunanıstan – 3. Niderland – 3. İrlandiya – 0. Cəbəllütariq – 0.

E qrupu

Moldova – Çexiya 0:0

Polşa – Albaniya 1:0
Qol: Sviderski, 41.

Xal: Çexiya – 4. Polşa – 4. Moldova – 2. Farer adaları – 1. Albaniya – 0.

F qrupu

Avstriya – Estoniya 2:1
Qol: Kaynts, 68. Qreqoriç, 88 – Sappinen, 25.

İsveç – Azərbaycan 5:0
Qol: E.Forsberq, 38. B.Mustafazadə, 65-öz qapısına. V.Qyökeres, 79. Y.Karlsson, 88. A.Elanqa, 89.

Xal: Avstriya – 6. Belçika – 3. İsveç – 3. Estoniya – 0. Azərbaycan – 0.

G qrupu

Macarıstan – Bolqarıstan 3:0
Qol: Veçey, 7. Soboslai, 26. Adam, 39.

Monteneqro – Serbiya 0:2
Qol: Vlahoviç, 78; 90+6.

Xal: Serbiya – 6. Macarıstan – 3. Monteneqro – 3. Litva – 0. Bolqarıstan – 0.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır
Almaniya millisinin qapısını kim qoruyacaq?
  • Avropa çempionatı
  • 17:18 28.09.2024
Almaniya millisinin qapısını kim qoruyacaq?