5 dekabr 2025. Cümə

5:0 hesablı qələbədən sonra tənqidi qəbul etmirəm


5:0 hesablı qələbədən sonra tənqidi qəbul etmirəm
"5:0 hesablı qələbədən sonra tənqidi qəbul etmirəm”. Corner.az xəbər verir ki, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

63 yaşlı məşqçi qarşılaşmanın ardından “Viaplay TV”nin studiyasında yerli mütəxəssis Boyan Corciçlə mübahisəsinə də aydınlıq gətirib. O, 5:0 hesablı qələbə qazandıqlarına görə özü ilə fəxr etdiyini bildirib: “Bu nəticədən sonra əlbəttə ki, özümü müdafiə edəcəyəm. Bu gün üçün özümə və komandama təşəkkür edirəm”.

Andersson yığmaya çağırılmasına baxmayaraq, Azərbaycan millisi ilə matçın iştirak ərizəsinə salınmayan Zlatan İbrahimoviçin zədə səbəbindən oynamadığını da vurğulayıb: “Təəssüf ki, komandaya kömək edə bilmədi. Komandanın heyətində meydana çıxmağı çox istəyirdi. Oynamadığı üçün əsəbidir”.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb