9 may 2026. Şənbə

Kvirkveliya oynadı, digər ikisi ehtiyatda qaldı


Kvirkveliya oynadı, digər ikisi ehtiyatda qaldı
Futbol üzrə Gürcüstan yığması AÇ-2024-ün seçmə mərhələsində ilk oyununa çıxıb. Corner.az xəbər verir ki, Villi Sanyolun çalışdırdığı kollektiv A qrupu çərçivəsində doğma meydanda Norveçlə üz-üzə gəlib.
 
Batumidə baş tutan matçda qalib müəyyənləşməyib. Hesabı ilk hissədə qonaqlar açsa da, meydan sahibləri fasilədən sonra tarazlığı bərpa etməyi bacarıblar.
 
Azərbaycan klublarından Gürcüstan millisinə dəvət alan üç futbolçudan yalnız biri bu matçın iştirakçısı olub. “Neftçi"nin müdafiəçisi Solomon Kvirkveliya start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili və "Sabah"ın hücumçusu Davit Volkov isə ehtiyatda qalıblar.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb