30 iyun 2026. Çərşənbə axşamı

İspaniya səfərdə, Türkiyə evdə uduzdu


İspaniya səfərdə, Türkiyə evdə uduzdu

Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə 3 qrup üzrə daha 7 qarşılaşma keçirilib.

A qrupunda Gürcüstan yığması ilə Norveçlə qarşılaşıb. Bu oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. İspaniya millisi isə Şotlandiyanın qonağı olub və 3 xalı 2 cavabsız qolla qazanıb.

D qrupunda Türkiyə millisi Xorvatiya yığmasını qəbul edib. “Ay-ulduzlular” doğma meydanda məğlubiyyətə üzülüblər. Qrupun digər matçı isə Uelslə Latviya arasında baş tutub. Uelslilər tək qollu qələbəyə sevinib.

İ qrupunda Kosovo Andorranı, Rumıniya Belarusu, İsveçrə də İsraili qəbul edib. Kosovoda heç-heçə qeydə alınıbsa, digər iki matçda meydan sahibləri qələbəyə seviniblər.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
28 mart

A qrupu

Gürcüstan – Norveç 1:1
Qol: Mikautadze, 60 – Sörlot, 15.

Şotlandiya – İspaniya 2:0
Qol: Maktominay, 7; 51.

Xal: Şotlandiya – 6. İspaniya – 3. Norveç – 1. Gürcüstan – 1. Kipr – 0.

D qrupu

Türkiyə – Xorvatiya 0:2
Qol: Kovaçiç, 20; 45+4.

Uels – Latviya 1:0
Qol: Mur, 41.

Xal: Uels – 4. Xorvatiya – 4. Türkiyə – 3. Ermənistan – 0. Latviya – 0.

İ qrupu

Kosovo – Andorra 1:1
Qol: Jeqrova, 59 – Rosas, 61.

Rumıniya – Belarus 2:1
Qol: Stanku, 17. Burka, 19 – Morozov, 86.

İsveçrə – İsrail 3:0
Qol: Varqas, 39. Amduni, 48. Vidmer, 52.

Xal: İsveçrə – 6. Rumıniya – 6. Kosovo – 2. Andorra – 1. İsrail – 1. Belarus – 0.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat