8 aprel 2026. Çərşənbə

İspaniya millisi 17 il idi belə aqibəti yaşamırdı


İspaniya millisi 17 il idi belə aqibəti yaşamırdı
Futbol üzrə İspaniya milli komandası 17 ildən sonra ilk dəfə Avropa çempionatının seçmə mərhələ oyununda qol vura bilməyib. Corner.az xəbər verir ki, bu, AÇ-2024-ün seçmə mərhələsinin 2-ci turu çərçivəsində baş tutan Şotlandiya ilə səfər matçında qeydə alınıb.
 
Qlazqoda keçirilən görüşdə britaniyalılar 2:0 hesablı qələbə qazanıblar. İspanlar buna qədər keçirdikləri 38 matçın hamısında fərqlənməyi bacarmışdılar.
 
Sözügedən komanda sonuncu dəfə 2006-cı ildə İsveçlə (0:2) qarşılaşmada rəqib qapısına yol tapa bilməmişdilər. Ondan sonrakı 38 matçda İspaniya yığması bütövlükdə 100 qol vurub.
 
Luis Enrikenin rəhbərlik etdiyi komanda həm də 2016-cı ildən bəri ilk dəfə ən azı iki top fərqi ilə uduzub. İspanlar sonuncu dəfə AÇ-2016-da İtaliyaya 0:2 hesabı ilə məğlub olmuşdular.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb