8 aprel 2026. Çərşənbə

17 ildən sonra bunu bacaran ilk futbolçu


17 ildən sonra bunu bacaran ilk futbolçu
Şotlandiya millisi AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunda İspaniyaya qalib gəlib 0-2. Corner.az xəbər verir ki, bu qarşılaşma “Mançester Yunayted”də çıxış edən Skott Maktominey üçün əlamətdar olub.
 
Görüşdə dubla imza atan 27 yaşlı yarımmüdafiəçi 1984-cü ildən sonra İspaniyaya qol vuran ilk şotlandiyalı oyunçu olub. Həmin vaxt bunu dünya çempionatının təsnifatında Mo Conston bacarıb.
 
Eyni zamanda, “qırmızı şeytanlar”ın formasını geyinən Maktominey 17 ildən sonra dünya və Avropa çempionatlarının seçmə mərhələsində İspaniya ilə matçda iki və ya daha çox qolla yadda qalan ilk futbolçudur.
 
2006-cı ildə Şimali İrlandiya yığmasında Devid Conatan Xili Pireney təmsilçisi ilə görüşdə het-trikə imza atmışdı.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb