8 aprel 2026. Çərşənbə

Azərbaycanla oyunda daha iki qol vura bilərdim


Azərbaycanla oyunda daha iki qol vura bilərdim
İsveç yığmasının hücumçusu Antoni Elanqa AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən 2-ci tur oyunu ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, “Mançester Yunayted”də çıxış edən 21 yaşlı futbolçu qol vurduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləyib:
 
“Qol vurmaq həmişə xoş hissdir. Özümü əla hiss edirəm. Bütün həftə özümü yaxşı hiss etdim. Azərbaycanla oyunda üç-dörd dəqiqəm olsa da, nəyə qadir olduğumu göstərmək istədim. Daha iki qol vura bilərdim”.
 
Qeyd edək ki, Elanqa oyunun 87-ci dəqiqəsində meydana daxil olaraq, 2 dəqiqə sonra komandasının 5-ci qolunu vurub.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb