"Milan”ın hücumçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib. Corner.az xəbər verir ki, 41 yaşlı futbolçu “rossonyerlər”in daha bir neçə oyununda iştirak edə bilməyəcək.
AVRO-2024-ün seçmə mərhələsi öncəsi İsveç yığmasına qayıdan və Belçika (0:3) ilə matçda zədələndiyi üçün Azərbaycanla (5:0) görüşü buraxan ulduz oyunçu “Milan”ın düşərgəsinə qayıtdıqdan sonra tibbi müayinədən keçib.
Həkimlər sağ budunda əzələ ağrıları hiss edən təcrübəli forvardın zədəsinin ciddi olmadığını və təxminən 2 həftə komandadan ayrı qalacağını açıqlayıb.
Qeyd edək ki, Zlatan İbrahimoviç diz bağındakı ağır zədə səbəbindən ötən il 9 ay yaşıl meydanlardan kənarda qalıb.