2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub. Corner.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksandr Çeferin qurumun Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci Konqresindən sonrakı mətbuat konfransında açıqlama verib.
Sloveniyalı funksioner tədbirin bu il dekabrın 2-də baş tutacağını bildirib.
AÇ-2024-ün final mərhələsinin oyunları üçün biletlərin satışa çıxarılacağı tarix də müəyyənləşib. Bildirilib ki, bilet satışına bu il oktyabrın 3-də başlanılacaq. Biletlərin qiyməti dörd kateqoriyadan ibarət olacaq.
Xatırladaq ki, AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.