Avstriya yığmasının müdafiəçisi Kevin Danso AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya millilərinə qarşı keçirdikləri ilk iki oyunla bağlı açıqlama verib. Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu həmin qarşılaşmalarda qazandıqları qələbələrin onların yolunu açdığını və hədəflərinin F qrupunda birinci yeri tutmaq olduğunu bildirib: “Seçmə mərhələnin ilk iki oyununda Azərbaycan və Estoniyanı məğlub etməyimiz bizi çox həvəsləndirdi. İndi növbəti matçlara daha yüksək motivasiyada hazırlaşacağıq. Bütün diqqətimizi final mərhələsinə vəsiqə qazanmaq üçün cəmləmişik. Bunu bacaracaq keyfiyyətə malik komandayıq. Hədəfimiz qrupu birinci yerdə bitirməkdi”.
Qeyd edək ki, iyunun 17-də Avstriya Belçikanın qonağı olacaq, millimiz isə Estoniyanı qəbul edəcək.