Ukrayna millisi AVRO-2024-ün seçmə mərhələsini tərk edə bilər. Corner.az xəbər verir ki, buna səbəb Belarus yığmasının yarışda mübarizə aparması olub
Ukrayna Gənclər və İdman Nazirliyi Rusiya və Belarus idmançılarının iştirak etdiyi yarışlara yerli idmançıların qatılmasını qadağan edildiyi üçün bu addımı atıb.
Bununla bağlı açıqlama verən Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko qərara əməl edəcəklərini bildirib: “Qadağanın hansı turnirlərə təsir edəcəyi ilə bağlı nazirliyə sorğu göndərmişik. Nazirliyin razılığı olmadan xaricə gedə bilmərik”.
Qeyd edək ki, Ukrayna millisi AVRO-2024-ün seçmə mərhələsində İngiltərə, İtaliya, Şimali Makedoniya və Malta ilə birlikdə C qrupunda yer alıb.