5 dekabr 2025. Cümə

AÇ-yə vəsiqə qazanacağımıza yüz faiz əminəm


AÇ-yə vəsiqə qazanacağımıza yüz faiz əminəm
"AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasının hədəfi final mərhələsində iştirak etməkdi". Corner.az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik deyib.
 
65 yaşlı çalışdırıcı yerli mətbuata açıqlamasında buna yüz faiz inandıqlarını söyləyib:
 
“Avropa çempionatına vəsiqə qazanacağımıza yüz faiz əminəm. Çünki əla komandamız var. Azərbaycan (4:1) və Estoniyaya (2:1) qarşı keçirdiyimiz ilk oyunlar da bunun göstəricisi idi. Oyundan-oyuna daha yaxşı performans ortaya qoyuruq. Fikrimcə, bu heyət daha yaxşısına qadirdi. Hələ bu komandanı qəbul edəndə böyük işlər görəcəyimizi düşünürdüm. Yenə fikrimdə qalıram. İlk məqsəd final mərhələsinə adlamaqdır. Bunu bacaracağımıza şübhəm yoxdu”.
 
Qeyd edək ki, Avstriya F qrupunda növbəti oyununu iyunun 17-də səfərdə Belçikaya qarşı keçirəcək. Millimiz isə həmin gün Estoniyanı qəbul edəcək.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb