- Avropa çempionatı
- 15:35 16.11.2025
Luis Enrike İspaniya milli komandasının baş məşqçi postundan ayrılıb
Corner.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.Son 3 ayda ailə məsələlərinə görə işindən ayrı düşən mütəxəssis istefa verməyi qərara alıb. 49 yaşlı mütəxəssis bu üzdən hətta komandanın AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarda da baş məşqçi postunda ola bilməmişdi.Federasiyanın yaydığı məlumata görə, Luis Enrikeni bu vəzifədə köməkçisi Robert Moreno əvəzləyib.
Qeyd edək ki, Enrike İspaniya yığmasının baş məşqçisi postunda cəmi 11 ay idi fəaliyyət göstərirdi.