5 dekabr 2025. Cümə

Millimizin rəqibindən Çelsi'nin futbolçusuna təklif


Millimizin rəqibindən Çelsi'nin futbolçusuna təklif
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Avstriya yığması “Çelsi”nin yarımmüdafiəçisi Karni Çukvuemekaya vətəndaşlığını dəyişməyi təklif edib. Corner.az saytı xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Avstriyanın Eyzenştadt şəhərində anadan olduğundan, bu ölkənin vətəndaşlığına keçmək hüququna sahibdir.
 
Avstriya millisinin baş məşqçisi çalışdırıcısı Ralf Ranqnik, Çukvuemekaya ölkənin vətəndaşlığını qəbul etdiyi təqdirdə onu dərhal əsas yığmaya dəvət edəcəyini bildirib.
 
İngiltərənin U-21 millisinin üzvü olan gənc futbolçu ingilislərin baş məşqçisi Qaret Sautqeyt əsas komandada dəvət almayıb. 
 
Qeyd edək ki, Karni Çukvuemeka İngiltərənin U-21 millisinin üzvüdü. O, gənclər yığmasının heyətində 19 oyunda 7 qol vurub.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb