5 dekabr 2025. Cümə

O, paltardəyişmə otağında çox vacib insandır


O, paltardəyişmə otağında çox vacib insandır
“O, paltardəyişmə otağında çox vacib insandır. Əsas mövqedə, hücumda oynayır, həlledici rol oynaya bilir. Unikal təcrübəyə malikdir”. Corner.az xəbər verir ki, bunu Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines deyib. 
 
Kriştiano Ronaldo ilə bağlı da danışan 49 yaşlı mütəxəssis qarşıdakı oyunlarda ona şans verəcəyini də bildirib: “Düşünürəm ki, Kriştiano martda keçirdiyimiz görüşlərdə çox müsbət və mühüm rol oynadı və bu münasibəti hər gün saxlamaq vacibdir”.
 
Portuqaliyalılar AVRO-2024-ün seçmə mərhələsinin ilk iki oyununda iki qələbə qazanıb - Lixtenşteyn üzərində 4:0 və Lüksemburq üzərində 6:0. Bu matçların hər birində Ronaldo iki dəfə fərqlənib. Portuqaliya növbəti oyununu iyunun 17-də Bosniya və Herseqovina, iyunun 20-də isə İslandiya ilə keçirəcək.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb