5 dekabr 2025. Cümə

Eldar Quliyev Ukrayna millisinə dəvət aldı


Eldar Quliyev Ukrayna millisinə dəvət aldı
Ukraynanın gənclərdən ibarət milli komandasının Avstriyada keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

Corner.az xəbər verir ki, son təlim-məşq prosesi gənclər arasında Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi daşıyır. 25 nəfərlik əsas heyətə bu yay "Sabah"la icarə müqaviləsi başa çatan yarımmüdafəçisi Aleksey Kaşuk yer alıb.

Baş məşqçi Ruslan Rotanın hazırladığı 7 nəfərlik ehtiyat oyunçular siyahısında isə "Zirə"nin futbolçusu Eldar Quliyev də var.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatının final mərhələsi iki ölkədə - Gürcüstan və Rumıniyada keçiriləcək. İyunun 21-də başlanacaq yarışa iyulun 8-də yekun vurulacaq.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb