14 dekabr 2025. Bazar günü

Estoniya millisi Bakıya ciddi itkilərlə gələcək


Estoniya millisi Bakıya ciddi itkilərlə gələcək

Estoniya millisinin 8 futbolçusu Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

90DEQİQE.AZ yerli mediaya istinadən məlumat verir ki, bunlar Yoonas Tam, Sergey Zenyov, Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq və Markus Soometsdir.

Müdafiəçi olan Tamm şəxsi səbəblərə görə komandanın düşərgəsinə qoşulmayıb. Digər 7 oyunçu isə zədə səbəbindən yığmaya kömək edə bilməyəcək.

Qeyd edək ki, iyunun 17-də Bakıda Azərbaycan millisinin qonağı olacaq Estoniya seçməsi 3 gün sonra evdə Belçikanı qəbul edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb