6 dekabr 2023. Çərşənbə

Kaşukdan ilk qol, Ağayevdən 5 sarı vərəqə


Kaşukdan ilk qol, Ağayevdən 5 sarı vərəqə

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının oyunları start götürüb. 90deqiqe.az xəbər verir ki, Gürcüstanda təşkil olunan turnirin hakimləri arasında həmyerlilərimiz də var.  

Belə ki, FİFA referisi Əliyar Ağayev və laynsmanlar Zeynal Zeynalovla Akif Əmirəli yarışın açılış oyununu idarə ediblər. Onlar Tbilisidəki Mesxi stadionunda Belçika və Niderland yığmaları arasındakı görüşdə iş başında olublar.

Qolsuz bərabərliklə yekunlaşan qarşılaşmada Ağayev Belçikanın 3, Niderlandın 2 futbolçusuna sarı vərəqə göstərib.  

Ötən mövsümü icarə əsasında “Sabah”da keçirən Aleksey Kaşukun formasını geyindiyi Ukrayna yığması isə Xorvatiyanı məğlub edib  2:0. Görüşdə hesabı 19-cu dəqiqədə Kaşuk açıb və bu, çempionatının ilk qolu olub.

Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final oyunu iyulun 8-də olacaq




Avropa çempionatı

Avro-2024-də bu sistem istifadə olunacaq
  • Avropa çempionatı
  • 21:42 05.12.2023
Avro-2024-də bu sistem istifadə olunacaq
37 yaşlı ulduz millidən gedir
  • Avropa çempionatı
  • 21:01 05.12.2023
37 yaşlı ulduz millidən gedir
Oğlumun 11 yaşı var amma ...
  • Avropa çempionatı
  • 20:23 02.12.2023
Oğlumun 11 yaşı var amma ...
Avro-2024-də mükafat necə bölünəcək?
  • Avropa çempionatı
  • 19:18 02.12.2023
Avro-2024-də mükafat necə bölünəcək?
Avro 2024-ün püşkatması nə zaman olacaq?
  • Avropa çempionatı
  • 14:48 01.12.2023
Avro 2024-ün püşkatması nə zaman olacaq?